SON XƏBƏR

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə yoluxma artıb

Aprel 09
08:57 2020
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində koronavirusa yoluxma hallarının sayı 25-ə çatıb. Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, bu gün virusun təsdiqləndiyi şəxs Bolnisinin Savaneti kənd sakinidir: "Həmin şəxsin ilkin yoluxma mənbəyi hələ müəyyən edilməyib. Onunla təmasda olan 27 nəfər özünütəcriddədir”.

Qeyd edək ki, bu günə qədər bölgədə COVID-19 infeksiyasına 23 nəfər yoluxub, onların 1-i dünyasını dəyişib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook