SON XƏBƏR

Gürcüstan və Ermənistan BMT-nin ən yoxsul ölkələrinin siyahısındadır

Yanvar 03
01:18 2019
BMT üzv ölkələr üçün yeni üzvlük haqları cədvəlini təsdiq edib. Cədvələ əsasən üzvlük haqlarının miqdarı artıb.

Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni plana əsasən ən çox üzvlük haqqı BMT-nin ümumi xərclərinin 22 faizi, ən aşağı həddi isə 0,01 faizi həcmində müəyyən edilib. Amerika Birləşmiş Ştatları 22 faizlik üzvlük haqqını ödəyəcək yeganə ölkə olacaq.

Siyahıda sonrakı yerləri 12,005 faizlə Çin Xalq Respublikası, 8,564 faizlə Yaponiya, 7 faizlə Almaniya və 4,427 faizlə Fransa tutur.

Rusiyanın ödəyəcəyi məbləğ BMT-nin ümumi xərclərinin 2,405 faizini təşkil edəcək. Qazaxıstan 0,187 faizlə siyahıda ilk onluqdadır.

Azərbaycan BMT büdcəsinin 0,049 faizi qədər üzvlük haqqı ödəyəcək.

Gürcüstan (0,008 faiz) və Ermənistan (0,007 faiz) siyahıda sonuncu yerləri tuturlar.

Beləliklə, Gürcüstan və Ermənistan BMT-nin ən yoxsul ölkələri siyahısında yer alıblar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook