SON XƏBƏR

"Gürcüstan Ukrayna ilə tərəfdaşlığı şübhə altına almayacaq"

May 09
10:49 2020
"Ukraynadakı səfirimizi geri çağıracağıq, lakin bu, diplomatik münasibətlər və ya strateji tərəfdaşlığı sual altına qoyacağımız demək deyil”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsuliyytəsiz siyasətçilərə görə Gürcüstan Ukrayna ilə tərəfdaşlığı şübhə altına almayacaq: "Gürcüstan və Ukrayna yalnız strateji tərəfdaşlar deyil, hər iki xalq arasında çoxillik dostluq tarixi var. Səfirimiz yalnız Ukrayna ilə münasibtətlərimizi avanturistlərdən necə qorumaqla bağlı məsləhətləşmələrə çağırılacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook