SON XƏBƏR

Gürcüstan prezidentinin Azərbaycanla sərhəddə mübahisələr haqda yeni bəyanatı

May 25
11:14 2019
"Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin bərpa olunmasını alqışlayıram”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün "Twitter” mikrobloqunda yazıb.
Dövlət başçısı prosesin tezliklə nəticə verəcəyinə əminlik ifadə edib: "Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar”.

Xatırladaq ki, mayın 23-24-də Bakıda Azərbaycanla Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook