SON XƏBƏR

Gürcüstan Prezidenti Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib - "Kommersant"

Mart 15
08:04 2019
Gürcüstan Prezidenti Salome Zurabişvili Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Kommersant” qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, Gürcüstan prezidenti Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir Nikol Paşinyanla görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bir daha təsdiq edib və Ermənistan rəhbərliyinin ünvanına ittihamlar səsləndirib.

Qəzet yazır ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı S.Zurabişvili deyib:

"Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün təkcə sözdə yox, həm də əməldə tanınması bizim üçün çox vacibdir”.

Dövlət başçısı vurğulayıb ki, o Dağlıq Qarabağdan separatçıların Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur: "Bununla da səfər təşkilatçıları bu münaqişələrin simmetrik olduğunu diqqətə çatdırır. Bu, çox kədərli və ağrılı məsələdir. Bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook