SON XƏBƏR

Gürcüstan Prezidenti: "Azərbaycanla sərhəd məsələsini təcili həll etmək lazımdır”

Aprel 21
15:16 2019
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik-Georgia Gürcüstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Zurabişvili orada gürcü sərhədçiləri ilə görüşüb. Görüşdən sonra o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

Aprelin 3-də rəsmi Tbilisi Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etmişdi. Məlumatda bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66% sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook