SON XƏBƏR

Gürcüstan parlamenti sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

İyun 20
11:02 2019
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

"Report”un yerli bürosu xəbər verir ki, iyunun 20-21-də baş tutacaq səfərdə gürcü spiker Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

İ.Kobaxidze həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Novruz Məmmədovla da görüş keçirəcək.

Azərbaycana rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 53-cü plenar sessiyasında iştirak edəcək.

İ.Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Zviad Dzidziquri, Mahir Dərziyev, Ruslan Hacıyev, Savalan Mirzəyev, Azər Süleymanov və digər şəxslər daxildir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook