SON XƏBƏR

Gürcüstan Ermənistanın BMT-də səsvermə ilə bağlı təklifini rədd edib

İyul 19
12:28 2018
"Ermənistan Gürcüstana BMT-də hər iki ölkə əleyhinə olan qətnamələrlə bağlı səsvermə zamanı bitərəf qalmağı təklif edib. Lakin Gürcüstan bu günə qədər bunun mümkün olmadığını bildirir”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan Tbilisidə gürcü jurnalistin sualını cavablandırarkən bildirib.
 
Gürcüstanın İctimai Televiziyasının jurnalisti T. Balayana sualında Ermənistanın BMT Baş Assambleyasında Gürcüstanla bağlı qətnamənin  əleyhinə səs verməsinin səbəbləri barədə maraqlanıb. Gürcü jurnalist bildirib ki, Ermənistanın Gürcüstanın əleyhinə səs verməsi Gürcüstanda narazılıq yaradır. Buna cavab olaraq T. Balayan qeyd edib ki, Ermənistan Gürcüstana hər iki ölkənin əleyhinə olan bəyanatları qarşılıqlı olaraq imzalamamağı təklif etsə də, bu təklif qəbul olunmayıb. 
 
Suala Ermənistan baş nazirin müşaviri Arsen Xaratyan da münasibət bildirib. O deyib ki, BMT-də Gürcüstanın Ermənistanın əleyhinə səs verdiyi qətnamələr də olur.
 
Qeyd edək ki, Ermənistanın ötən ay BMT Baş Assambleyasında "Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnamənin əleyhinə səs verib. Ermənistan 2008-ci ildən qeyd olunan sənədi dəstəkləmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook