SON XƏBƏR

“Gürcüstan Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlıdır”

May 08
12:34 2018
"Gürcüstan Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlıdır”

Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze Tbilisidə "Caspian European Club”un təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Caspian Energy Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan vacib tranzit ölkədir: "Gürcüstan Transxəzər dəhlizi ilə Türkmənistan qazının da Avropaya çatdırılmasında maraqlıdır. Gürcüstan həmçinin Bəyaz Axın layihəsini də dəstəkləyir. Bu layihələr Avropa İttifaqının və həmçinin iştirakçı ölkələrin də enerji təhlükəsizliyini təmin edəcək”. 

Nazir müavini qeyd edib ki, Gürcüstan hökumətinin əsas məqsədi energetika sahəsinin inkişafı və bu sahəyə investisiyaların cəlb edilməsinə nail olmaqdır.

R. Mikautadze forumun təşkilatçılarına da təşəkkür edib: "Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bu təşəbbüsü dəstəkləyir. Hesab edirik ki, bu cür forumların təşkili dövlət və özəl sektor arasında əlaqələrin daha da yaxınlaşmasına dəstək verir”.(APA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook