SON XƏBƏR

Güləşçilərimiz Avropa çempionatının ilk günündə 2 medal qazandı

Mart 29
00:04 2017
Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

"Report"un məlumatına görə, ilk yarış günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.

Azərbaycan təmsilçiləri 1 qızıl, 1 bürünc medal qazanıblar. Avropa çempionu adını 65 kq çəkidəki Teymur Məmmədov qazanıb. Rusiya, Slovakiya, Ukrayna və İsveçrə pəhləvanları üzərində qələbədən sonra T.Məmmədov finala yüksəlib.

Həlledici görüşdə türkiyəli Haydar Yavuz zədəsini səbəb göstərərək, mübarizə aparmaqdan imtina edib. Bu səbəbdən Azərbaycan təmsilçisi qalib elan olunub.

Bürünc medalı 74 kq çəkidə yer alan İsmayıl Abdullayev əldə edib. İlk iki görüşündə isveçli və litvalı rəqiblərini üstələyən Abdullayev yarımfinalda fransalı pəhləvana yenilib. Lakin 3-cü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçı 12:11 hesabı ilə yenib.

57 kq çəkidə yarışan Pərviz İbrahimov bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzaraq, 5-ci yerlə kifayətlənib. 97 kq çəkidəki Pərviz Axundov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook