SON XƏBƏR

Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun oğlunun lüks həyatı - FOTOLAR

İyul 31
11:30 2017
Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.
 
"Ölkə.az”-ın məlumatına görə güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.
 
Öz növbəsində isə etirazçıların lideri kimi görünən Rəsul Çunayevin lüks həyatı, bahalı avtomobilləri, "zerkalnıy” nömrələri ictimaiyyətə tirajlandı.
 
"Ölkə.Az” xəbər verir ki, bu bahalı avtomobillərdən sadəcə Çunayevdə yoxdur. Azərbaycan Güləş Federasiyasının Vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərov heç də Rəsul Çunayevdən ucuz həyat yaşamır.
 
Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil.
 
Qeyd edək ki, fotolardakı "333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, "777” nömrəli nəhəng avtomobil isə yeniyetmə oğluna məxsusdur:
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook