SON XƏBƏR

Gülər Əhmədova bakirəliyin vacibliyindən yazdı

İyul 31
19:01 2016
Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) "bakirəlik testi" layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
BBC-nin Azərbaycan xidmətinin xəbərinə görə, daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir:"Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək, belə bir test etdirir".
 
O, izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.
 
Sitarə İbrahimova bu layihədə özü qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin obrazda çıxış edib.
 
BBC-nin bakirəliyin bərpası ilə bağlı hazırladığı araşdırma isə ciddi müzakirələrə səbəb olub.
 
Qlobal.az Musavat.com-a istinadən xəbər verir ki, sabiq deputat Gülər Əhmədova da sosial şəbəkədə bu materialın linkini paylaşaraq, öz etirazını belə ifadə edib: "BBC, nəyi təbliğ edirsiniz? Sitarə İbrahimova səhv edir, azərbaycanlı qızları çaşdırmayın! Elm, sübut edir ki, bakirəlik sağlam nəsil doğmaq üçün vacibdir. Bəsdir, bu cavanları aldatdınız!! Bədbəxt etdiniz!! Avropada bunu hamı bilir”.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook