SON XƏBƏR

Görkəmli xalq şairi Xəlil Rza Ulutürkün doğum günü Salyan rayonunda qeyd olundu.

Oktyabr 21
23:17 2016
Bu gün Azərbaycan Respublikasının görkəmli xalq şairi Xəlil Rza Ulutürkün doğum günü doğulduğu torpaqda-Salyan rayonunda qeyd olundu.
 
Tədbir iştirakçıları öncə "Ata-oğul” abidəsinin önünə gələrək Xəlil Rza Ulutürkün və onun oğlu, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin abidəsi önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər.
 
Sonra tədbir rayon Tarix Diyarşünaslıq Muzeyində davam etdirilmişdir.
 
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək şairin həyat və fəaliyyəti haqqında danışmış, onun müstəqilliyi, azadlığı tərənnüm edən əbədiyaşar şerlərinin bu gün də oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etmişdir. Xəlil Rza Ulutürkün həyat yoldaşı və məsləkdaşı Firəngiz Xəlilbəyli, rayon ictimaiyyətinin nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə Xəlil Rza Ulutürkün həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, onun Azərbaycan ədəbiyyatında mübariz bir şair kimi mövqe tutduğu qeyd olunmuşdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook