SON XƏBƏR

"Grand Hospital”-a 70 milyon xərclədiyi iddia olunan türk iş adamı geri döndü- İXTİSARLARA BAŞLADI

May 22
04:42 2018
Özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.

Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.

Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib.

Arzu Əyyubova

Rasim Məhərrəmov

Afaq Ələsgərova

Röyal Hacıməmmədov

Namiq İsmayılov

Seymur Mehtiyev

Sənan Aşirov

Toğrul Ömərov

Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.

Hazırda klinikada gərgin vəziyyət hökm sürür.

BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri lə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı. 
 
***
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə 2013-cü ildə "Grand Hospital”-ın yerləşdiyi binanın təmirinə və müasir tibbi avadanlıqlarla təchiz edilməsinə 70 milyon manat vəsait xərclənib. O zaman hospilatın təmirinə binanın sahiblərindən biri olan Ramiz adlı şəxsin, tibbi avadanlıqların quraşdırılmasına isə Yalçın adlı türk iş adamının nəzarət edib.
 
Yalçının qardaşının İstanbulda və Avropada fəaliyyət göstərən "Grand Hospital" şəbəkəsinin sahibi olduğu söylənilir. 
 
Məlumatda o da iddia olunur ki, 2013-cü ildə "Grand Hospital"-ın təmirinə xərclənən 70 milyon manat da türk iş adamı tərəfindən xərclənib. Ancaq hospital istifadəyə verildikdən sonra naməlum səbəblərə görə iş adamı Azərbaycandan gedib.
 
"Grand Hospital"da hazırda baş verənlərdən isə aydın olur ki, türk iş adamının yenidən Azərbaycana qayıdıb.
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook