SON XƏBƏR

Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib - Göstərişi İcra Hakimiyyəti verib? (FOTOLAR)

Sentyabr 20
01:29 2018
Goranboy rayon 1 saylı tam orta məktəbinin həyətində 30-a yaxın yaşıl ağac doğranılaraq məhv edilib.

Bu barədə Qaynarinfo-ya rayon sakini Ayaz Sadıqov məlumat verib. Məsələ ilə bağlı Goranboy rayon 1 saylı tam orta məktəbin direktoru Səidə Məmmədova ilə əlaqə saxladıq. O, ağacların kəsilmədiyini, sadəcə qurd düşdüyü üçün budandığını bildirib:

"Mən ağac doğrayan deyiləm. Əksinə, yaşıllığı sevən biriyəm. Sadəcə olaraq ağaclarımıza qurd düşmüşdü, yarpaqları pis vəziyyətdə idi. Bizdə də baramaçılıq olduğuna görə, rəhbərliyin göstərişi ilə ağaclar budanıb ki, gələn il ağacın yarpaqları daha iri olsun. Budanan ağacların hamısı çəkil ağaclarıdır, digər meyvə ağaclara toxunulmayıb. Gədəbəydə bu il hər yerdə ağaclara qurd düşmüşdü və yarpaqlar deşik-deşik idi. Dediyim kimi ona görə budanıb ki, gələn ilə daha yaxşı inkişaf eləsin. Göstəriş bizə Təhsil Şöbəsindən, onlara da yəqin ki, İcra Hakimiyyətindən verilib".
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə sözügedən məsələnin araşdırıldığı və qısa zamanda məlumat veriləcəyi bildirilib.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook