SON XƏBƏR

Gömrük sisteminin inkişaf fondundan gömrük işçilərinin maaşlarına ayrılan əlavənin həcmi artırılıb

Aprel 12
09:01 2017
Nazirlər Kabineti "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi qaydası ilə bağlıdır.

İndiyə qədər Gömrük inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənib. Dəyişikliyə əsasən bundan sonra həmin vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook