SON XƏBƏR

Gömrük generalı YAP fəalını məhkəməyə verdi

Aprel 03
21:10 2018
YAP fəalı olan Hidayət Hüseynli ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük general-leytenantı Səfər Mehdiyev arasındakı qalmaqal məhkəmə prosesinin başlanması ilə nəticələnib.
 
"Ölkə.Az”ın məlumatına görə, gömrük generalı Səfər Mehdiyev H.Hüseynlinin ona böhtan atması ilə bağlı Nərimanov rayon prokurorluğuna şikayət edib. Rayon prokurorluğunda H.Hüseynliyə qarşı Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər kateqoriyasına aid edilən 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Qeyd edək ki, cinayət işi baxılması üçün hakim Samir Məmmədovun icraatına verilib. 
G
ömrük generalı ilə YAP fəalı arasında olan qalmaqala gəldikdə isə, Hidayət Hüseynlinin oğlu gömrük orqanlarında çalışıb, ancaq bir müddət sonra gömrük xidmətində işləyən oğlu Hüseyn Hüseynli və Astara gömrük idarəsinin rəisinin sürücüsü işləyən qardaşı Kazım Hüseynov Səfər Mehdiyevin göstərişi ilə işdən çıxarılıb, ancaq sonradan qardaşı işə qaytarılıb. 

Komitə sədrinin 1-ci müavini S.Mehdiyevin H.Hüseynli barədə şikayət etməsinə səbəb sonuncunun onu ağır cinayətlərdə ittiham etməsi olub. Belə ki, H.Hüseynli S.Mehdiyevi 70-ə yaxın qohum-əqrabasının gömrük xidmətində işləməsi, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edib. 
 
Qeyd edək ki, Bakı sakini Hidayət Hüseyn oğlu Hüseynli 1993-cü ildən YAP-ın üzvüdür. Nehrəmdə YAP-ın ərazi təşkilatının yaranmasının təşəbbüskarı və ilk sədri olub. 1997-ci ildə Bakıya köçdüyü üçün Nehrəm təşkilatının sədri vəzifəsindən çıxarılıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook