SON XƏBƏR

Gömrük generalı vergidən yayınır?

Sentyabr 28
19:16 2019
"Vergilər Nazirliyi Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun fəaliyyətini yoxlayacaq".

Bu barədə Arqument.Az-a daxil olan məlumatda bildirilir.

Mənbə deyib ki, Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoran və s. biznes şəbəkəsi haqqında yayılan məlumatlar gömrük generalının fəaliyyətinin araşdırılmasına səbəb olub.

Onun külli miqdarda vergidən yayındığı da iddia olunur. 

Qeyd edək ki, Vəzir Həsənovun və oğlunun ölkədən böyük miqdardan sərvət çıxarması barədə ilk dəfə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O, Sumqayıt Gömrük İdarəsinin rəisi və oğlunun Cexiyada yeni milyonluq biznes şəbəkəsi aşkarlayaraq sosial şəbəkələrdə paylaşıb. 

Cavanşir Həsənli yazıb ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməlidir. Çünki Mehdiyev gömrükdə rüşvət və korrupsiya halları baş verərsə, istefa verəcəyini bəyan etmişdi, lakin Gömrük Komitəsi və Səfər Mehdiyev hadisəyə münasibət bildirməmişdi. 

Jurnalist hətta generalın Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını da yaymışdı. 

Məlumatda deyilir ki, məhz bu araşdırmalardan sonra Vəzir Həsənovun fəaliyyəti gündəmə gəlib. 

Onun sözlərinə görə, Vergilər Nazirliyinin yoxlamalarının nəticələrinin Baş Prokururluq yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinə göndəriləcəyi istisna edilmir. 

Mənbə deyib ki, Vəzir Həsənov da deputat İqbal Məmmədovun aqibəti ilə üzləşə bilər. 

Xatırladaq ki, bir müddət öncə Vergilər Nazirliyi Lerik rayonunda "Relax" İstirahət Mərkəzində yoxlamalar apararaq, böyük korrupsiya faktlarını və vergidən yayınma hallarını aşkarlamışdı. Lerikdə baş verən insidentdə isə deputat İqbal Məmmədovun oğlu və yaxınları veri əməkdaşlarını döyümüşdülər. 

Mövzu ilə bağlı Gömrük Komitəsindən münasibət öyrənə bilmədik. 
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook