SON XƏBƏR

Gizli istefa, bilet satışı, silinən statuslar - Müsavat Partiyasında nə baş verir?

Dekabr 15
15:03 2017
Müsavat Partiyasının Divan üzvü Alya Yaqublu belə bir status yazıb: "Bu ölkənin dərdi təkcə hakimiyyət deyil. Bu ölkənin dərdi həm də odur ki, biletsatanın biri ömrünü bu hakimiyyətlə mübarizəyə həsr eləmiş birini hakimiyyətə işləməkdə ittiham edir. Təsəvvür eləyə bilirsiniz?”
 
Mən deyəndə ki, Müsavat Partiyasında belə əndabadi işlər olur, yəni saxta bilet satışı həyata keçirilir, çoxları daş atıb başın tuturdu. Dyirdilər ki, şərdi, böhtandı. Hətta bəzi müsavatçılar məni iqtidara satılmaqda ittiham edirdi...
 
İndi isə dünən məni ittham edənlərdən biri olan Alya Yaqublu Müsavat Partiyasına, daha doğrusu bəzi müsavat funksionelrəinə qarşı eyni ittihamı irəli sürür...
Belə bir sual ortaya çıxır. Nİyə o vaxt, yəni mən Müsavat Partiyasın biletsatmaqda ittiham edəndə Alya xanım 180 dərəcə fərqli mövqeydən çıxış edirdi. İndi nədən belə bir bəyanat verir? Səbəb sadədir. Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu partiyanın daxilində bəlli çevrələr tərəfindən sıxışdırılır. Alya xanım da öz qohumunun müdafiə etmək məqsədi ilə belə bir status yazıb...
 
Deməli, Müsavat kimi xalqımızın tarixində müstəsna rol oynamış partiyanın maraqları qalıb bir tərəfdə. Alya xanım tayfa maraqlarından çıxış edir. Müstafası, mən Müsavat patiyasındakı eybəcərliklərdən danışanda partiyanın və xalqın marağından çıxış edirdim. Alya xanım isə mənin səsləndirdiyim ittihamı öz tayfa maraqları naminə irəli sürüb. Alya Yaqublu ilə Elbəyi Həsənlinin fərqi bu...
 
Tofiq Yaqublu ilə bağlı həmişə müsbət fikirdə olmuşam. O, namuslu adamdır, rejimə qarşı son dərəcə radikal mövqe sərgiləyir. Bir çoxları nala-mıxa vuranda o, sözünü kişi kimi deyir. Elə buna görə də xalq tərəfindən çox sevilən birisidir. Tofiq Yaqublunu hər bir namuslu adam qorumalıdır, müdafiə etməlidir. İstər Müsavat Partiyasının xaricində, istərsə də daxilində. Amma Tofiq Yaqublunu qohumluq əlaqəsinə görə belə ürkək şəkildə qorumaq yanlışdır və Müsavat məfkurəsinə ziddir...
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlını yuxarıdakı statusa münasibətinə baxın: " Nailə Yaqublunun adı hallandığı üçün mən bu gün Nailə xanımla telefonla danışdım, ondan yazdığı statusda "biletsatan” sözünün Müsavat Partiyasına aid olub-olmadığını soruşdum. O isə yazıda göstərilənləri artıq təkzib etdiyini, statusda yazmadığı fikirlərdən onun adından istifadə edən jurnalistləri qınadığını bildirdi. Buradan da təsdiq olunur ki, Nailə Yaqublunun bu statusundakı "biletsatan” ifadəsinin Müsavata aidiyyəti yoxdur”.
 
Statusun pozulması və təkzib verilməsi özlüyündə çox şey deyir...
 
Daha sonra isə Gülağa Aslnalı deyir ki, "ilk dəfə bu məsələni sərt şəkildə irəli sürən" Elbəyi Həsənli olub: "Bİz onu məhkəməyə verdik və məhkəməni udduq: "Bu ittihamla bağlı məni, İsa bəyi, Arif bəyi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırmışdılar. Amma hakimiyyətin iradəsini əks etdirən bu qurum da, mənə Müsavat Partiyası tərəfindən verilən hər hansı saxta sənəd təqdim edə bilmədi. Təqdim edilən kağızlar isə kimlərsə tərəfindən Müsavat Partiyası adından yazılmış saxta sənədlər idi. Təəssüf ki, prokurorluq bu saxtakarlığı kimin etdiyini indiyə qədər ortaya çıxarmayıb”...
Göründüyü kimi, Gülağa Aslanlı etiraf edir ki, ortada saxta sənədlər (o, kağız deyir) var. Sadəcə, həmin sənədlərin kim tərəfindən verildiyini rəsmi orqanlar aşkar edə bilmir...
 
Daha bir problem. Müsavat Partiyası başqanının müavini Elman Fəttah istefa verib. Məni o narahat edir ki, Elman bəy açıqlamasında deyir ki, bu, köhnə söhbətdir. Düşünürsüzmü, başqan müavini istefa verir, ancaq bu fakt mediadan gizli saxlanılır. Müsavat Partiyasında idarəçilk şəffaf olmalıdır. Baş verən bu kimi hadisələr haqqında xalqa dərhal məlumat verilməlidir. Müsavat Partiyası məhz belə yanlış idarəçiliyin güdazına getdi...
 
P.S Mən bu və bu kimi məsələlərə bir daha dönmək istəmirəm. Təhrik edirlər. Şükür Allaha, mənim alnım açıq, üzüm ağ. Sözümü də birbaşa və birmənalı deməkdə də elə bir sorunum yox. Siz zibilin içindəsiz və sizlər Müsavat Partiyasını iflas həddinə gətirmisiz...
 
Elbəyi Həsənli
 
Yazı müəllifin feysbuk səhifəsindən əldə olunub.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook