SON XƏBƏR

“Gilan Holding” “AFB Bank”da payını neçəyə satıb?

Fevral 20
15:06 2019
Hikmət İsmayılov "AFB Bank”da "Gilan Holding”in payını satın alıb.

Trend bu barədə Korporativ məlumatların açıqlanması (MEAS) saytına istinadən məlumat verir.

Qeyd olunur ki, H.İsmayılov 55 447 səhmi 70,14 milyon manata əldə edib. Saziş fevralın 7-i imzalanıb.

Bundan əvvəl, "Gilan Holding” "AFB Bank”ın səhmlərinin 99,64 faizinə nəzarət edirdi. İndi bu pay bütünlüklə H.İsmayılova keçib.

Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook