Generalların SHXÇDX uğrunda savaşı - Novruzəli Orucovun çöküşü
May 26
01:22
2017
May ayının
31-də Milli Məclisdə müzakirəyə çıxarılacaq məsələlərdən biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin dövlət qulluğu
kateqoriyasına daxil edilməsi olacaq. Bildiyiniz kimi, Azərbaycanda rüşvət və
korrupsiyanın ən çox tüğyan etdyi qurumlardan biri də Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Dövlətin ardıcıl olaraq apardığı islahatlara
baxmayaraq, qurumda rüşvət və korrupsiyanın kökünü kəsmək mümkün olmayıb. Milli
Ordumuzun təməli qoyulan bir qurumu korrupsiyanın xərçəng kimi sarması ölkənin
ali rəhbərliyini ən çox narahat edən məsələlərdən biridir. Dövlət Xidmətinə
dövlət qulluğu kateqoriyasının verilməsi planı ilə qurumda şəffaflığın təmin
olacağı gözlənilsə də, buna Xidmətin indiki rəhbərliyi ilə nail olmaq mümkün
deyil.
Saytımıza
məlumatlı şəxsin bildirdiyinə görə, hələ 2012-ci ildə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin olunan Arzu Rəhimova
etimad çox böyük olub. Bu vəzifəyə təyin edilməmişdən əvvəl Dövlət Miqrasiya
Xidmətinin rəisi olarkən strukturda apardığı islahatlar, əldə etdiyi nailiyyətlər
ölkə rəhbərliyində Arzu Rəhimova qarşı rəğbət oyatmışdı. Düşünülürdü ki, keçmiş
sovet sistemindən miras qalmış rüşvət sözünün ekvivalenti olan "voenkomat”
sistemində Arzu Rəhimov kimi islahatçı kadr ciddi nailiyyət əldə edə biləcək.
Ancaq təəssüflər olsun ki, nə ölkə rəhbərliyinin, nə də cəmiyyətin bu ümidləri
doğrulmadı. Arzu Rəhimovun 5 il ərzində ard-arda apardığı islahatlar, kadr dəyişiklikləri
heç bir ciddi uğur gətirmədi. Əksinə, köhnə "voenkomat”lıq sistemindən olduğu
kimi, Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən də ciddi faktlarla zəngin olan şikayətlərin
sayı çoxalmağa başladı. Yeni yaradılmış bu qurumda rüşvət, korrupsiyanın
miqyası hətta o qədər çoxaldı ki, Milli
Orduya göndərdikləri əsgərlərin sağlamlığını yoxlamadılar. Mövcud situasiyanı
önləmək üçün Müdafiə nazirliyi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin
yararlı hesab edib hərbi xidmətə göndərdikləri əsgərləri yenidən tibbi müayinədən
keçirməyə başladılar. Və...
Əsl
biabırçı durum ortaya çıxdı.
Müdafiə
nazirliyi xidmətə göndərilən əsgərləri tibbi müayinədən keçirməyə başlayandan
sonra məlum oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
yararlı hesab edib hərbi xidmətə göndərdiyi əsgərlərin arasında kifayət qədər
ciddi xəstəlikləri olanlar var. Sonradan xəstəliklərinə görə xidmətə tam
yararsız hesab olunanların kütləvi hal alması isə SHXÇDX-nin bütün ölçüləri
itirdiyinin göstəricisi idi.
Xidmətə
göndərilən əsgərlərin arasından 3-5 nəfərin Müdafiə nazirliyi tərəfindən geri
qaytarılmasına standart bəhanələrlə cavab verən SHXÇDX-i 2014-cü ilin elə bu vədəsi
- may ayında əsl şok yaşadı.
Belə
ki o zaman aprel ayının 1-dən
30-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik
aşkarlandığından geri qaytarıldılar. Geri qaytarılmış gənclərin 37 nəfərində vərəm,
62 nəfərində nevrotik reaksiya, 72 nəfərində isə digər xəstəliklər aşkar edilmişdi.
Ondan əvvəl, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində
təkrarən yoxlanılan gənc çağırışçıların 157-də ciddi xəstəliklər aşkarlanaraq
geri qaytarılmışdı.
Ancaq baş verənlərə aydınlıq
gətirmək əvəzinə SHXÇDX-i susmağa üstünlük verdi. Müharibə şəraitində olan dövlətin Silahlı Qüvvələrinə qeyri-sağlam
insanların xidmətə göndərilməsi kimi problem bu gün də aktual olaraq qalır. Bəs bu problemin səbəbi
nədir?
Azərbaycanda yaranmış ən
gənc dövlət qurumlarından biri olan SHXÇDX-də məlumatlara görə ikihakimiyyətlilik
hökm sürür. Belə ki, Arzu Rəhimovla müavini general-mayor Novruzəli Orucov
arasında ciddi problemlər yaşanmaqdadır. Buna səbəb isə Novruzəli Orucovun
qurum daxilində özünə komanda formalaşdırması, vəzifəsindən sui-istifadə edərək
ona yaxın olan şəxsləri daha böyük vəzifələrə irəli çəkməsidir. Təsadüfi deyil
ki, deyilənlərə görə SHXDÇDX-də bəzi şöbə və rayon idarə rəisləri Orucəli
Novruzova "rəis” deyə müraciət edirlər. Bu müraciətləri ilə onlar Arzu Rəhimovu
rəis kimi görmək istəmədiklərinə eyham vurmaqla yanaşı, Orucəli Novruzovu bu
postda görmək istədiklərini bildirmiş olurlar. Düzdür, iddia olunan bu məlumatın
nə dərəcədə gerçək olduğunu bilmirik. Ancaq bununla belə Arzu Rəhimovla Orucəli
Novruzovun arasının soyuq olduğu strukturda hamıya aydırdır.
Arzu Rəhimov Orucəli
Novruzovdan niyə narazıdır?
Orucəli Novruzov
zaman-zaman SHXDÇDX-nin rəis olmaq üçün mümkün olan bütün əlaqələrindən istifadə
edib. Məlumatlara görə, bir zamanlar qılıncının dalı da, qabağı da kəsən sabiq
Nəqliyyat naziri Ziya Məmmədovun qrupunda yer alan Novruzəli Orucov rəis
olmaqdan ötrü Ziya Məmmədovdan da kömək istəyib. Ziya Məmmədov isə bu məsələdə
Novruzəli Orucova lazımi dəstəyi verəcəyini deyib. Bir zamanların ən böyük
oliqarx nazirlərindən olan Ziya Məmmədovun bu "dabro”sundan sonra Novruzəli Orucov
və onun strukturdakı komandası Arzu Rəhimova qarşı açıq-aşkar itaətsizlik göstərməyə
başlayıblar.
Bundan başqa Novruzəli
Orucov Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin
sədri Emin Həsənli ilə birləşərək xidmət
rəisi Arzu Rəhimova qarşı qara piar işinə başlayıblar.
Qısa zaman ərzində özlərinə yaxın media orqanlarında Arzu Rəhimova və ümumilikdə
xidmətə qarşı geniş qara piara başlayan cütlük Ziya Məmmədovun "laxlaması”na görə geri addım
atmağa vadar olublar.
Arzu Rəhimovun Novruzəli
Orucovdan narazı qaldığı digər məsələ isə N. Orucovun övladlarının cəmiyyətdə
etdikləri xoşagəlməz əməllərinə görə olub...
Bəs Novruzəli Orucov
kimdir?
Novruzəli Orucov bir
zamanlar xidmət rəisi olmaq üçün Ziya Məmmədovdan
olduğu kimi, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident
Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəsətəyini
ala bilmişdi. Həmin dövrdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində
çalışan Novruzəli Orucovun yeni yaradılan quruma rəis təyin olunması demək olar
ki, an məsələsi idi. Ziya Məmmədovla Vahid Əliyevin hakimiyyətin yuxarı
instansiyalarında N. Orucov barəsində formalaşdırdıqları müsbət rəy və bəzi
media orqanlarında Arzu Rəhimova qarşı geniş miqyaslı hücum öz işini görməkdə
idi. Lakin qəfil Novruzəli Orucovun 1993-cü ildə Qarabağ müharibəsi dönəmində fərarilik
etməsi ilə bağlı faktlar rəqibləri tərəfindən mətbuata sızdırıldıqdan sonra,
generalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsi
planı tam olaraq iflasa uğradı. Ancaq bununla belə N. Orucovun Arzu Rəhimovu
devirmək planı davam edir. Hətta məlumatlara görə, N. Orucov Arzu Rəhimov barəsində
ciddi informasiyaları yığaraq yuxarı instansiyalara ötürür.
Hər şeyin bir sonu var
Hər şeyin bir sonu
olduğu kimi SHXDÇDX-i
generallarının savaşı da sona çatmaq üzrədir. Artıq may ayının 31-də dövlət
qulluğuna daxil edilmək üçün müzakirəyə çıxarılan SHXDÇDX-də çox ciddi dəyişikliklər
planlaşdırılıb. Nəzərdə tutulan bu planlarda biri isə xidmət müavin postunu
mülki şəxsin əvəzləyəcəyi ilə bağlıdır.
Qlobal.az-a verilən məlumata
görə, strukturu yenidən formalaşan qurumda Novruzəli Orucov təmsil olunmayacaq.
Qlobal.az