SON XƏBƏR

Generalın milyonları özündə qalıb: “Qızı və oğlunun ailəsinə, Akif Çovdarovun özünə məxsus əmlakdan həbs də götürüləcək” - VƏKİL

Oktyabr 31
12:30 2017
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakının müsadirə olunacağı haqda məlumatlar yayılıb. 
 
Məlumata görə, bu barədə ötən gün Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Hökmə əsasən, məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.
 
Akif Çovdarovun vəkili Kamandar NəsibovCebhe.info-ya açıqlamasında deyib ki, müvəkkilinin 33 milyon manat dəyərində əmlakının müsadirə olunması haqda hökm çıxarılmayıb: 
 
"Bu məlumatlar həqiqət deyil. Əmlakın böyük bir hissəsi, hansı ki, qızının və oğlunun ailəsinə, Akif Çovdarovun özünə məxsusdir, elə özlərinə də qaldı. Həmin əmlaka qoyulan həbs də götürüləcək. Orada müəyyən məsələlər var. Məsələn, Kürdəmirdə balıqçılıq təsərrüfatı ilə bağlı torpaq sahəsi var ki, o da mülkiyyətdə deyil, dövlətlə neçə illik icarə müqaviləsi bağlanılıb. Əsasən torpaqlardır ki, onlar dövlətlə icarə müqaviləsi əsasındadır”.
 
Vəkil qeyd edib ki, Akif Çovdarov apellyasiya şikayəti verəcək. Bunun üçün hazırlıqlar gedir: 
 
"Barəsində irəli sürülən bəzi ittihamlar sübuta yetirilmədi. Bir neçə epizodlar çıxarıldı, bəziləri də çıxmalıdır. Biz onu sübut etmişik ki, nə Tağı Əhmədov, nə də onun qohum-əqrəbası pul verib. Bir qəpik də pul alınmayıb. Hətta, iddia edilən görüşlər də olmayıb ”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook