SON XƏBƏR

Generalın kürəkəninin təhdid etdiyi şəxsdən ictimaiyyətə və hüquq-mühafizə orqanlarına MÜRACİƏT

Noyabr 05
02:05 2017
Mən Nehmətov Fərid Fəxrəddin oğlu 1986-cı ildə Bakı şəhərində andan olmuşam. Hazırda şəxsi sürücülüklə ailəmi və bir azyaşlı balamı çətinliklə dolandırıram. Bu günə şükür!!!
 
Çıxılmaz və əlacsız vəziyyətdə olduğumdan ictimaiətə müraciət etməyə məcbur oldum. Bir imkanlı ailənin harınlamış oğlu Məni 2 ildir təhdid və şantaj etməklə mənim mənliyimi alçaldır. Buradan onun valideynləri və qohumlarına müraciət etmək istərdim!!!!
 
Atası: Hüseynov Hüseynağa –Professor, Həkim. 2-li Medtexnikomun keçmiş direktoru. Eyni zamanda iş adamı. Türkiyədə şəxsi villasında yaşayır.
 
Anası: Sədaqət Arif qızı- bəstəkar, Musiqi Akademiyasında işləyir.
 
Qaynatası: Zakirov Əfsələddin –Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı
 
2015-ci ilin dekabr ayının əvvəlində təxminən 18:00-18:30 radələrində İnşaatçılar prospektində üzü Elmlər Akademiyası istiqamətində (sonrdan dönüb "Lider TV” tərəfə gedəcəkdim) "Lada” avtomobili ilə hərəkət edərkən, keçmiş "Olimp” mağazasının önündən Aqverdiyev küçəsinə (keçmişÇörək zavodu tərəfə) dönmək üçün, dönmə nişanından istifadə edərək sağa döndüm. Yol hərəkət zolağında avtomobillərin hərəkət sıxlığını nəzərə alaraq manevri ehtiyatla etmək məcburiyyətində idim. Lakin bu an arxadan gələn 7-ci nəsil BMW markalı, dövlət nişanı 10 KV 222 avtomobil səs siqnalından və işıqla işarələr göstərərək tamamilə aramızda olan distansiyanı gözləmədən, təhlükəli manevrlər etməyə başladı. Təhlükəni aradan qaldırmaq məqsədilə Aqverdiyev küçəsinə döndükdən sonra avtomobilimi yolun sağ tərəfinə çəkərək arxadan gələn BMW-yə yol verməyi qərara aldım. Lakin BMW mənimlə paralelləşərək, yan şüşəsini açaraq nalayiq küçə söyüşləri ilə məni söyməyə və hədələməyə başladı. Onun avtomobilində bir xanım və iki uşaq olmasına baxmayaraq qətiyyən söyüşlərə və təhqirlərə ara vermirdi. Mənim avtomobilimdə də xanım sərnişin olduğundan qətiyyən ona cavab vermədim. Düşündüm ki, əl çəkər bizdən. Lakin BMW-nin sürücüsü avtomobilini bizim qarşımızda sağa sola oynadaraq qarşımızda qəfləti dayanırdı. Keçmiş Xəzər kinoteatrının qarşısına qədər təxminən 4 dəfə belə edəndən, sonra qərara aldım ki, avtomobili yolun kanarına verib saxlayım ki, bu məndən uzaqlaşsın. Sərnişinim də bunu məndən tələb etdi. BMW İşıqfordan sağa Salyan kazarmaları tərəfə dönəndən təxminən 2-3 dəqiqə sonra yolumu davam etməyə başladım. Mən də işıqfordan sağa "Lider” TV tərəfə dönərkən, təxminən 200-300 metrədən sonra bu BMW yenidən peyda olub hərəkətlərini təkrarlamağa başladı. Bir təhər onunla parallelləşib bu tərbiyəsizliyə son qoymağa çağırdım. Dedim "Ayıbdı, bir tikəçörək pulu üçün mən işimi görürəm, səndə məni tapdalayırsan, təhqir edirsən. Adam kişi olar. Heç olmasa öz yanındakı qadın və uşaqlara hörmət elə!!!” Cavab olaraq BMW-nin sürücüsü tamamilə qızmış formada avtomobilini sürdü bizim üstümüzə və sol yan tərəfdən mənim avtomobilimə çırpılaraq avtomobilimi əzərək məni yoldan çıxardı. Bundan sonra BMW markalı avtomobilin sürücüsü avtomobilinin pəncərəsindən ən tərbiyəsiz söyüşlərlə, təkrar məni söyərək sürüb getdi və irəlidə Şəfayət Mehtiyev 1054 ünvanında, yeni tikilmiş binanın önündə sola həyətə girmək üçün qarşıdan qələn avtomobilləri buraxmaq məqsədi ilə dayandı….(Sonradan məlum olduki BMW-nin sürücüsü bu ünvanda yaşayır.) Şok vəziyyətində sürdüm onun arxasıynan və binanın qarşısında şlanqbaumun önündə saxlayıb ilkin olaraq açıq pəncərədən və sonra isə avtomobildən düşərək onun avtomobilimi vurub qaçmasına görə YPX-yə xəbər verəcəyimi xəbərdarlıq etdim!!! Cavab olaraq o avtomobildən düşərək üstümə yürüyərək ana və var yox söyüşlərilə çənəmə zərbə endirdi. Bu vəziyyətdə özümü zərbələrdən qorumaq məqsədilə onunla əlbəyaxa oldum. Ətrafda olan taksi, sürücüləri və binanın mühafizəçiləri bizi ayırmağa çalışırdılar. Lakin bayaqdan söyüşlə "kişilik” edən BMW-nin sürücüsü qəflətən məndən aralanaraq, qadın və uşqları maşında qoyub harasa qaçdı. Təxminən 3 dəqiqə keçməmiş qayıdıb məni məhv edəcəyini və tutduracağını bildirdi.
 
Bu an PPX gəldi və hər ikimizi Polisə apardılar. Hadisə yerinə gələn Polislər mənim avtomobilimin əzilməyini və dodağımın qan içində olmasını qeydə aldılar. Polisdə məlum oldu ki, BMW-nin sürücüsü Hüseynov Ağası Hüseynağa oğludur. Hüseynov Ağası qalmaqalın onun xeyrinə qurtarmaya biləcəyini dərk edəndə dərhal atasını, qaynatasını və digər qohumlarını yalançışahid kimi dəvət etdi. Atası, Tibb üzrə Professor Hüseynağa Hüseynovun köməyi ilə səhərisi gün saxta heç bir həqiqətə əsaslanmayan ağır xəsarət haqqında ekspertiza rəyi təqdim etdi. Ekspertiza rəyində Ağası Hüseynovun burnunun sınmağı qeyd olunmuşdur. Halbuki, mən onu heç vurmamışdım. Nə səhərisi gün nə digər günlər onun burnunda heç bir sarğı olmayıb və xəstəxanada olmayıb. Məlum oldu ki, PPX-ni hadisə yerinə dəvət edəndə hadisənin heç bir iştirakçısı olmayan Xalası oğlu olub. Xalası oğluda Ağası Hüseynovla bir həyətdə yaşayırlar və onun mənzilində quraşdırılmış kameralardan hadisə tam aydın görünürdü. Lakin bu görüntülərdə polisə təqdim olunmamışdır. Digər tərəfdən Ağası Hüseynov hadisə ilə bağlı yalan ifadə verilməsi üçün dostu Bəxtiyar Allahverdiyevi də işə şahid kimi cəlb etmişdir. Halbuki, Bəxtiyar Allahverdiyevdə hadisə yerində olmamışdı!!
 
Tariximdə bu qədər qəddarlıq, yalan, şərəfsizlık, biqeyrətlik görməmişdim. Həm döyüldüm, həm söyüldüm, həm əmlakıma zərər vuruldu, həm də özümə cinayət işi qaldırıldı. İmkansızlığımdan özümə vəkil tuta bilmədim, bacarıqsızlığımdan hadisə yerində ki, şahidləri tapa bilmədim. Tapdıqlarım da onlarla qonşuluqda olduqlarına görə kanarda qalmaqlarını üstün tutdular.
 
Dəfələrlə atam, ağsaqqal dostlar, tanışlar Ağası Hüseynovdan Xahiş etsələrdə ki, barışığa gələk, lakin bu insan bu günə qədər mənim tutulmağımı tələb edir!!!! Dəfələrlə atası, Professor Hüseynağa Hüseynovun yanına minnətə getdik. Dedi bağışlamırıq!!!! Ağası Hüseynov axırıncı dəfə Polisdə görüşəndə mənə dediki "Çuşka, mənə çox yalvaracaqsan!!!” "Səni məhv edəcəm” Heç erməni bunu etməzdi bunlar edirdilər. Əlaqə saxladıq anası, bəstəkar Sədaqət Arif qızı ilə, deyir "Çuşkaların əlindən şəhərə çıxa bilmirik. Qoy zülm çəksin!!”Dəhşət ondadır ki, bu Ağası Hüseynov hadisədən 2 ay sonra köçüb ABŞ-da Mayyamiyə və oradan mənə zülm etməyi davam edir!!!! Atasıda gedib Türkiydəki villasına. Ata, bala hərəsi öz villasında keyf çəkir, mən isə döyülüb, söyülüb sonra isə ittiham olunan FƏHLƏ baba burada zülm çəkirəm. Bunu Allah götürməyəcək vəİnşallah cəzalarına çatacaqlar.
 
Görün vəziyyət nə yerə çatıb ki Polis, Prokuror və Məhkəmənin mənə yazıqları gəlir və yol göstərirlər ki, gedim barışıq əldə edim. Deyirəm axı, o mənim avtomobilimi əzib, təhqir edib və məni vurub…cavabdeh mən niyə olmalıyam??!! Deyirlər ki onun əlində xəsarət haqda ekspertiza rəyi var. Mənə deyirlər ki, Gərək səndə gedib ekspertizadan rəy alardın, çünkü sən həqiqətən xəsarət almışdın!!!
 
Nəhayət burdan üzümü tututam onun valideynlərinə Hüseynağa Hüseynova və Sədaqət Arif qızına. Öğlunuzun şərəfsizliyənə son qoyun. İnsanın bir mənliyi və kişiliyi olar. Eşitdiyim üçün Ağası Hüseynov iman əhlidir, namaz qılır. Belə iman əhli olmur. Alnını 5 dəfə gündə yerə vurub, kimi aldadırsan ey insan??? Onun insanlığı yoxdur!!! Bircə onu deyə bilərəm ki, Siz evlad böyütməmisiz. O manyakdı, tərbiyəsizdi və qorxaqdı. Məndən iki dəfə canlı cüssəli, keçmiş cudoçu Ağası kişiyə yaraşmayan işlrər görürsən!!!!
 
Valideynlər,(Professor və bəstəkar), oğlunuzun "Çuşka, mənə şox yalvaracaqsan!!!” sözünə Böyük Allah cavab verəcək. Böyük Allaha çox yalvaracaqsız ki, zülm çəkməyəsiz. İnsanlıq diplomla, geyimlə və bahalı avtomobillə ölçülmür. Siz insanlıqdan çıxmısız!!! Mən buradan Sizə xəbərdarlıq edirəm, AR Ədliyyə naziri Fikrət Məmmədova, Baş Prokuror Zakir Qaralova, DİN naziri Ramil Usubova müraciət edərək bu işin yenidən baxılacağını, yenidən müstəqil ekspertizanın (saxta xəsarətlə bağlı) keşirilməsini, şahidlərin bu işə aidiyyəti olub olmamasını yenidən araşdırılmasını Xahiş edəcəm. Siz saxtakarsız. Bütün təqdim etdiyiniz sənədlər saxtadır!!
Artıq o hadisə yerində hər kəsnən görüşmüşəm, yalvarmışam ki, Xahiş edirəm hadisə haqda olduğu kimi, obyektiv, qərəzsiz gördüklərini desinlər. Video görüntülərində obyektiv informasiyasını əldə etmişəm. Nə yaxşı ki, ürəkli, cəsarətli insanlar var!!!
 
Əziz və hörmətli jurnalistlər. Sizdən artıq dərəcədə Xahiş edirəm ki, mənə qarşı şər və böhtanla dolu bu işdə jurnalist araşdırmaları aparasınız. Bu gün Sizin apardığınız ictimai ədalətli araşdırmalar cəmiyyətdə daha çox effekt verir və Sizə ümüdlüyəm. Bütün məlumatları, şahidləri və digər sənədləri Siznən bölüşməyə və ixtiyarınıza verməyə hazıram. Eyni zamanda Sizin vasitənizlə Azərbaycanın dəyərli Hüquq müdafiəçilərinə müraciət edirəm, Azərbaycanın bir kasıb fəhlə oğluna köməklik edin.
 
Hörmətlə,
Nehmətov Fərid Fəxrəddin
Mənbə: anaxeber.az)
 
Qeyd: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook