SON XƏBƏR

General Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib

Aprel 20
15:43 2019
Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.

Qlobal.az DİN-ə istinadən xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Məlumata görə, müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook