SON XƏBƏR

General Qasım Süleymani öldürülüb, S-300 məhv edilib?

Dekabr 27
13:33 2018
İsrailin güc strukturlarındakı mənbə dekabrın 25-də axşam Suriya ərazisinə hava zərbələri endirdiklərini təsdiqləyib. Mənbə "Assosiated press”ə açıqlamasında deyib ki, zərbələrin hədəfi "İrana aid terrorçuluq infrastrukturu” olub. Söhbət "Hizbullah”a silah ötürmək üçün istifadə edilən üç obyektdən gedir.

İsrail nümayəndəsi habelə təsdiq edib ki, əməliyyat nəticəsində Dəməşq rayonunda Suriyanın Hava Hücumundan Müdafiə sistemləri də məhv edilib. Lakin söhbətin hansı HHM sistemindən getdiyi bildirilmir. İsrailin "9-cu Kanal” televiziyası istisna etmir ki, vurulan S-300 zenit-raket kompleksi batareyasıdır.

Mənbə onu da deyib ki, Moskva İran qüvvələrinin Suriyada İsrail sərhədlərindən 80 kilometrə qədər geri çəkilməsinə dair vədinə əməl etməyib.

***

12:42

İsrail ordusunun dekabrın 25-də axşam saatlarında Dəməşq ətrafındakı çoxsaylı hədəflərə endirdiyi aviazərbələrə dair yeni təfərrüatlar məlum olub.virtualaz.org xəbər verir ki, əvvəllər Bəşər Əsədin ordusunda yüksək rütbəli zabit olmuş suriyalı mənbə aviazərbələrin hədəfləri arasında Cumraya araşdırma mərkəzinin də olduğunu bildirir.

Həmin mərkəzdə əvvəllər kimyəvi və biloji silah üzərində iş aparılıb. Məlumatda deyilir ki, mərkəzə endirilən zərbə nəticəsində azı 17 əsgər və zabit ölüb. Onlardan 3-ü yüksək rütbəli İran hərbçiləridir.

Bu məlumatın fonunda sosial şəbəkələrdə belə şaiyələr yayılıb ki, ölənlərdən biri İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds” briqadasının komandiri, məşhur general Qasım Süleymanidir. Bu şaiyə general Süleymaninin ayətullah Xamneyinin varisi hesab edilən ayətullah Haşemi Şahrudinin dəfnində görünməməsindən sonra daha da güclənib.

Lakin Suriya mənbələri bildiriblər ki, Cumrayada ölənlər arasında Süleymani yoxdur, onlardan biri briqada generalı, ikisi polkovnikdir. Tehranda isə Suriyada İran hərbçilərinin ölməsinə dair xəbərləri şərh etmirlər.

"Nziv” saytı isə Suriyada vurulan hədəflərin göstərildiyi xəritəni yayıb. Sayt vurulan hədəflər barədə məlumatı Əsədin ordusunda xidmət etmiş həmin yüksək rütbəli zabitdən aldığını bildirir. Məlum olur ki,, vurulan obyektlər arasında raket anbarı, general Mahir Əsədin 4-cü diviziyasının qərargahı, həmin qərargahın yaxınlığında yerləşən kimyəvi silah anbarı, "Hizbullah” üçün nəzərdə tutulmuş silah anbarı, Livanla sərhədin yaxınlığında "Hizbullah”a aid təlim mərkəzi və digər hədəflər yer alıb.

Virtualaz.org





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook