SON XƏBƏR

General-mayor cəbhədəki vəziyyəti açıqladı

Oktyabr 19
16:33 2020
"Ermənistan tərəfi humanitar atəşkəsdən öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrud və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub:

"Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin SU-25 təyyarəsini məhv edib. Hazırda bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni tərəfinin hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbiləşməsini göstərdi”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook