SON XƏBƏR

General Elçin Quliyev və adamlarının məhkəməsinin vaxtı bilindi

Aprel 24
13:45 2017
Daha bir MTN dəstəsinin məhkəməsi başlayır. General və adamları hakim qarşısına çıxarılır.
 
Musavat.com xəbər verir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə iş icraata verilib.
 
Bakı Hərbi Məhkəməsində keçiriləcək proses həmin məhkəmənin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.
 
Bu, artıq həbs edilən üçüncü qrup MTN zabitlərinin işidir ki, məhkəmədə baxılacaq. 

Həbsdə olan MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.
 
Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

Onu da əlavə edək ki, MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook