SON XƏBƏR

General Danford: “Bölgədə Türkiyənin əhəmiyyətini anlayırıq”

Fevral 24
12:47 2017
"Türk müttəfiqlərimizin vacibliyini bilirik və planlarımızın Türkiyə ilə olan güclü ittifaqımızı davam etdirməklə ardıcıl olmasına diqqət edəcəyik"

Strateq.az "Al Jazeera"ya istinadla xəbər verir ki, bunu Brukinqs İstitutunda təşkil edilən "Qlobal Təhdidlər və ABŞ-ın Milli Təhlükəsizlik Prioritetləri" panelində çıxış edən general Jozef Danford deyib.

"Bölgədəki kürd problemindən xəbərdarıq. Bildiyiniz kimi, orada bir yox, bir neçə kürd qrupu var. Türklərin maraqları ilə müqayisədə İranın maraqları mürəkkəbdir. Bununla bağlı köklü bir dəyişiklik olacağını söyləməyə hazır deyiləm, çünki qərar verəcək şəxs prezidentdir".

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford əlavə edib: "Suriya böhranının həllinə istiqamətlənən Cenevrə prosesi dəstəklənməlidir. Hamımız bilirik ki, orada İran, Rusiya, Suriya rejimi, Türkiyənin, kürdlərin, ərəblərin, şiə və sünnilərin qayğıları mövcuddur. Bu səbəbdən əməliyyat meydanında meydana gələcək şərtlərin Cenevrədə Rexs Tillerson üçün siyasi həll istiqamətli bir platforma meydana gətirmək imkanı yaratması lazımdır". 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook