SON XƏBƏR

"Gənclik Mall"un icraçı direktoru ziyarətçiləri hədələdi - FOTOLAR

Dekabr 10
15:56 2017
Bu gün günorta saatlarında "Gənclik Mall” ticarət mərkəzində gənc oğlanın halı pisləşərək yerə yıxılıb. 

Qlobal.Az xəbər verir ki, "Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ticarət mərkəzinin əməkdaşlarının çevik fəaliyyəti nəticəsində gəncə ilkin yardım göstərilib.

Hadisə yerinə gəlmiş və özünü "Gənclik Mall” ticarət mərkəzinin icraçı direktoru kimi təqdim edən Azər Məmmədovadlı şəxs isə hadisə olan yerdə fotoçəkiliş aparan ziyarətçilərə hücum edərək hədə qorxu gəlib. O, ziyarətçilərdən telefonun yaddaşına yazılan fotoların silinməsi tələb edib, əks halda buraxmayacağı ilə hədələyib. A.Məmmədov bildirib ki, ona fəaliyyət göstərdiyi yerdə belə səlahiyyət verilib.



Azər Məmmədov

"Gənclik Mall” ticarət mərkəzinin məlumat mərkəzi özünü icraçı direktoru kimi təqdim edən şəxsin belə hərəkətlərinə şərh verməkdən imtina ediblər.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook