SON XƏBƏR

Gəncədə yeni zavod fəaliyyətə başlayacaq

Yanvar 15
12:40 2016
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların qəbulu zamanı sahibkarlara ayrılacaq kreditlər və ediləcək güzəştlərlə bağlı danışıb.
 
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Elba" MMC-ə 5 milyon manat dəyərində kredit ayrılıb. Müəssisə 3 aya kim tam fəaliyyətə başlayacaq və Qafqazın ən böyük ət kəsimi müəssisəsinə çevriləcək.
 
Bununla yanaşı, Gəncədə yeni Gips Zavodu fəaliyyətə başlayacaq. 300 nəfərlik zavodun inşası üçün 15 hektar torpaq sahəsi ayrılıb. 6 aya qədər zavod inşa edilərək, fəaliyyətə başlayacaq. Dövlət rəhbərinin tapşırığına uyğun olaraq Gəncədə fəaliyyət göstərən sahibkarlara kreditlərin ayrılması da nəzərdə tutulur. İlkin mərhələdə kreditlərin məbləği 100 milyon manat dəyərində müəyənləşdirilib.
 
"Biz öz səlahiyyətimiz çərçivəsində torpaqla təmin edə bilərik. İqtisadi İnkişaf Nazırliyinin Sakibkarlara Kömək Milli Fondu da kreditlə bağlı istənilən köməyi etməyə hazırdır. Hər bir vətəndaş müraciət edə bilər", deyə Elmar Vəliyev bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook