SON XƏBƏR

Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam edir

May 28
13:03 2020
Gəncədə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq əhali arasında maarifləndirmə işləri davam etməkdədir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq yaradılan mobil qrup üzvləri Nizami və Kəpəz rayon ərazilərində fəaliyyət göstərən bir sıra ticarət və iaşə obyektlərinə reyd ediblər.

Reyd zamanı sahibkarlara karantin rejiminin yumşaldılmasından sonra belə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl edilməsinin önəmi bir daha vurğulanıb. Bildirilib ki, xidmət sahələrinin işçiləri karantin rejiminə uyğun olaraq  tibbi maska və əlcəkdən istifadəsi mütləqdir. Mobil qrup üzvləri sahibkarlara şəxsi qiqiyena ilə yanaşı işlədikləri xidmət sahələrinin də təmiz saxlanılmasını və dezinfeksiyaedici məhlullardan istifadə etmələrini xatırladıblar.

Eyni zamanda mobil qrup üzvəri sakinlər arasında da profilaktik söhbətlər aparıblar, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıblar. Söhbət əsnasında Bank və ATM-lərin qarşısında sosial məsafənin qorunması, habelə sakinlərin qrup şəklində bir araya toplanmaması məsləhət görülüb. Həmçinin, sakinlərə tibbi maskalara paylanılıb.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.  

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook