SON XƏBƏR

Gəncədə iğtişaş zamanı BP-nin əməkdaşı saxlanılıb – Prokurorluq araşdırma aparır

İyul 14
10:09 2018
British Petroleum (BP) şirkətinin əməkdaşı çərşənbə axşamı günü Gəncədə baş vermiş ixtişaşlar zamanı saxlanıb.

BBC News Azərbaycancaya BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, onlarda bu haqda məlumat olsa da, saxlanma səbəbi haqqında məlumatsızdırlar: "Bizdə olan məlumata görə, həmin vaxt bir işçimiz yaşadığı Gəncə otelinin qarşısında olub və polis tərəfindən saxlanıb.”

Onun sözlərinə görə, şirkətin həmin otellə müqaviləsi var və həmin əməkdaş orada yaşadığına görə həmin ərazidə olub.Tamam Bayatlı saxlanmış əməkdaşla əlaqə saxlamadıqlarını bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC News Azərbaycancaya məsələnin araşdırılacağını deyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook