SON XƏBƏR

Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanaları tikiləcək

May 11
11:15 2018
Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanaları tikiləcək

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovun Trend-ə verdiyi məlumata görə, bununla bağlı artıq tender elan edilib. Tenderə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanası yenidən tikiləcək.

Tender iştirakçıları öz tender təkliflərini iyunun 7-dək tender komissiyasına təqdim etməlidirlər. Tenderin açılışı iyunun 8-də olacaq.

R.İsmayılov bildirib ki, hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook