SON XƏBƏR

Gənc balet artisti Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq

İyun 08
07:18 2017
İyulun 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin "Qu gölü” baleti nümayiş etdiriləcək.
 
Qlobal.az teatrın saytına istinadla xəbər verir ki, gənc balet artisti Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq.
 
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli
Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook