SON XƏBƏR

Gənc azərbaycanlı pianoçu Vyanada konsert proqramı ilə çıxış edib

Aprel 26
17:47 2017
Aprelin 26-da Vyanada "ALMA” incəsənət qalereyasında gənc azərbaycanlı pianoçu Abuzər Manafzadə klassik konsert proqramı ilə çıxış edib.
 
Avstriyada fəaliyyət göstərən "Culture Meeting Point” mədəniyyət təşkilatının rəhbəri, musiqişünas Fərəh Tahirova mərasimdə çıxış edərək bildirib ki, musiqiçi ailəsində dünyaya gələn A.Manafzadə hələ doqquz yaşında olarkən "Gənc Azərbaycan pianoçuları” müsabiqəsinə qatılıb və qalib olub. Bakı Musiqi Akademiyasından sonra o, Türkiyədə Memar Sinan İncəsənət Universiteti Dövlət Konservatoriyasında təhsil alıb. Beynəlxalq mükafatlar laureatı olan gənc pianoçu hazırda Vyana Təsviri İncəsənət Universitetində dirijorluq üzrə magistr təhsili alır.
 
Konsertdə A.Manafzadə Frederik Şopen, Mauris Ravel və Lüdviq van Bethovenin ballada, şertso və sonatalarını ifa edib. Lüdviq van Bethovenin ən məşhur əsərlərindən olan "Appassionata” sonatası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 
Tamaşaçıların təkidli xahişi ilə A.Manafov Azərbaycan bəstəkarlarının klassik və lirik əsərləri ilə konsert proqramını davam etdirib, konsertə öz bəstələri ilə yekun vurub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook