SON XƏBƏR

Gələn il təhsilə nə qədər pul ayrılacaq? - Büdcə xərci

Oktyabr 22
16:17 2018
Azərbaycanın 2019-cu il üçün nəzərdə tutulmuş təhsil xərclərinin həcmi məlum olub.

Bu barədə 2019-cu il dövlət və icmal büdcəsi haqqında qanun layihələrində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat proqnozlaşdırılır.

Xatırladaq ki, 2018-ci il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2.043.989.508 manat olub.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq/modern.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook