SON XƏBƏR

Gələn il qəbul imtahanlarında maksimum bal 400 olacaq (RƏSMİ)

Sentyabr 21
11:51 2018
Gələn il ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər maksimum 700 bal toplaya biləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

DİM rəhbəri bildirib ki, abituriyent 700 balın 300-nü buraxılış imtahanından, 400-nü isə qəbul imtahanlarından toplaya bilər. Balları cəmləşdirəndə maksimum yenə 700 bal olacaq: "İndi qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn il üçün isə isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook