SON XƏBƏR

İcra başçısı "şahlıq" eşqinə düşüb?

İyun 26
00:18 2019
Azərbaycanda əksər məmurlar qəribə hərəkətləri ilə zaman-zaman gündəmə gəliblər. 
 
Məsuliyyətsizlikdən, hikkədən, yekəxanalıqdan doğan hərəkətləri ilə gündəm zəbt edən məmurların arasında özlərini təyin edildikləri rayonların "padşah"ı sayan icra başçıları öndə gəlir, desək yanılmarıq. 
 
Hələ bir neçə il öncə Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov ictimai tədbirdə məktəb şagirdlərinin əllərində tutduqları qızılgül çələnginin altından keçmişdi. Sabiq İcra başçısının bu hərəkəti ictimaiyyətdə böyük qınaq yaratmaqla yanaşı, yuxarı instansiyaların da qəzəbinə səbəb olmuşdu.
 
 
 
Təsadüfi deyil ki, Tahir Kərimov "tarixə düşmüş" məşhur "imperator gedişi"ndən sonra vəzifəsindən uzaqlaşdırıldı. 
 
İmperatorluq arzusu gözündə qalmış sabiq icra başçısının sonrakı taleyindən ibrət götürərək xeyli məmur özünə çəki-düzən verdi. Ancaq "şahlıq havası"nda olanlar da yox deyil. 
 
Bu dəfə isə "gündəmə" 2018-ci ilin avqust ayında Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş İbrahim Mustafayev gəlib.
 
Belə ki, bu gün (25 iyun 2019) Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilməsi ilə bağlı keçirilən tədbirdə açılışa gələn İcra başçısının ayaqları altına xalı döşənib. İbrahim Mustafayev isə çəmənliyə sərilmiş həmin xalıların üzərində çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib. 
 
"Xalılı tədbir"dən çəkilmiş fotolar İcra Hakimiyyətinin rəsmi saytında da yerləşdirilib. 
 
Acınacaqlı olan budur ki, bəzi məmurlar təvazökarlığı, sadəliyi ilə daim ölkə əhalisinin rəğbətini qazanan Prezident İlham Əliyevdən ölkənin sadə vətəndaşları kimi örnək götürə bilmirlər.
 
Qlobal.Az
 
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev rəsmi açılış tədbirində
 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook