SON XƏBƏR

GDU-da nurçu tələbələr cərimələnib: rektor gülənçidir?

İyun 26
23:25 2017
Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifov FƏTÖ ilə əlaqələrə malik imiş. Vizual.Az xəbər verir ki, mətbuatda bu haqda ciddi iddialar var.
 
Y.Yusifov «Cağ» Öyrətim və İşlətmələr Birliyinin Azərbaycan təmsilçiliyinin rəhbəri Ənvər Özərənlə çox yaxın ailəvi dostdur. Onlar Bakı şəhərində müştərək obyektlərə sahibdir. Rektor Yusif Yusifovun köməkçisi Elsevər Nağıyev isə Fətullah Gülən tərəfdarları ilə birbaşa əlaqəlidir.
 
Xatırladaq ki, bir neçə il əvvəl Gəncə Dövlət Universitetinin 3 türk tələbəsi qeyri-qanuni dini yığıncaqlarda iştirakda suçlanıb. Bu tələbələrdən biri – universitetin Fizika fakültəsinin 3-cü kurs tələbəsi olmuş Sadullah Eren Genc hər hansı dini təbliğatla məşğul olduqlarını inkar edib.
 
"Axşam namazının vaxtında isə fikirləşdik ki, namaz qılaq. 5 dəqiqə keçməmiş polislər otağa daxil oldular. Namazı bitirəndən sonra bizi Nizami rayon Polis Şöbəsinin rəisinin otağına apardılar. Rəis Ədalət Sadıqov ev yiyəsindən soruşdu ki, bu uşaqları niyə evə yığmısan? O da izah etmək istəyəndə, Ədalət müəllim onu söyməyə başladı. Sonra atasını da söyməyə başlayanda, Xalid dedi ki, xahiş edirəm atama söyməyin. Bu zaman Ədalət Sadıqov onu sillələməyə başladı. Oradakı iki başqa polis də onun qarnına, başına yumruqla vurub diz üstə çökdürdülər».
 
Gəncənin Nizami rayon Məhkəməsi onlar barəsində qeyri-qanuni dini toplantılarda iştirak etdiklərinə görə ölkədən deportasiya və 2000 manat cərimə qərarı çıxarıb. Sonradan apelyasiya məhkəməsi qərarın deportasiya hissəsini ləğv edib. Onlar nurçu imiş.
 
Xatırladaq ki, GDU barəsində respublika mətbuatında yetərincə faktlara söykənən tənqidi yazılar işıqlandırılıb.
 
Cumhuriyyet.az yazıb ki, rektor Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır.
 
C.Yusibov isə öz növbəsində maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir.
 
Bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı və Y.Yusibovun əmri imzalandı. Onu da bildirək ki, rektor indi də həmin əlaqələrdən istifadə edir.
 
Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusibov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində "sərbəstdir”. Qarşı tərəfi dinləməyə hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook