SON XƏBƏR

GDU-da köməkçi Elsevər Nağıyev, bizi Elmar Vəliyevin üstünə göndərir

İyun 08
10:46 2018
Görəsən rektor köməkçisinin bu cür addımları nəyə hesablanıb, yaxud da o, belə bir mövqeyi ilə nə demək istəyir?

Bu gün GDU-da baş verən neqativ hallarla bağlı işıq üzü görən açıqlamalara, rektor Yusif Yusifovun köməkçisi Elsevər Nağıyev "tələbələrin dərsə gəlməmələri, yaxud da onların ölkə xaricində olmaları ilə bağlı sizin nə işiniz var” deməkdən də ehtiyat etmədi. Rektor köməkçisi mətbuatı səlahiyyətsiz qurum adlandırmaqla bərabər, hətta KİV haqqında Qanunlardan və ölkə rəhbəri cənab İlham Əliyevin media ilə bağlı açıqlamalarından xəbərsiz olduğunu da ortaya qoymuş oldu. Daha sonra o, universitetlə bağlı sualların cavabını GDU-nun mətbuat xidmətindən deyil, şəhər icra hakimiyyətindən əldə etməyi də məsləhət bildi. O halda rektor köməkçisinə sual oluna bilər ki, bəs universitetin mətbuat xidməti hansı suallara cavab vermək səlahiyyətinə malikdir?
 
Düşündürücü hal odur ki, mühüm "post”a sahib olan Elsevər Nağıyev hələ də ayrıd edə bilmir ki, üniversitetlə bağlı problemlərə şəhər icra hakimiyyəti deyil, univeristet tərəfi münasibət bildirməlidir. Görəsən rektor köməkçisinin bu cür addımları nəyə hesablanıb, yaxud da o, belə bir mövqeyi ilə nə demək istəyir?
GDU yetgilisinin bu cür yanaşmasından sonra məcburuq ki, adı çəkilən təhsil ocağı ilə bağlı suallarımızı təhsil naziri cənab Ceyhun Bayramova ünvanlayaq. Cənab Nazir! Məlumatınız varmı ki, GDU-da bir neçə dekan və ayrı-ayrı vəzifəli şəxslər bu təhsil ocağını "rüşvət bataqlığı”nda boğurlar? Xalq cəbhəsinin hakimiyyəti ilindən bu günə qədər ötən müddət ərzində, məhz cəbhəçilərin sayəsində elm adamı olan Muğan Quliyev, nəinki fizika və ümumi texniki fənlər fakultəsinin, həmçinin qiyabi şöbənin, magistraturanın və ikinci təhsil şöbələrinin "arendator”una çevrilib. Adı çəkilən şöbələrdə çalışmaqla, sonra isə həmin şöbələrə "kadrlarını” yerləşdirməklə bu gün açıq-aşkar şəkildə olmasa belə, "kombinator” rolunu oynayan bu şəxs, artıq özünü rektor kürsüsünün tam yaxınlığında görür. Onu da unutmaq olmaz ki, o, bu işdə heç də tək deyil. 2012-ci ildən bu günə qədər rektor olmaq arzusu ilə yaşayan, amma ola bilməyən bu şəxs, bütün zamanlarda yaratdığı qalmaqalları ilə də yadda qalmaqdadır. "Baş kombinator"un bu gün ən ali məqsədi rektor "post”una sahib olmaqdan ibarətdir. 

GDU-da tələbələrə qarşı "humanistlik" nümayiş etdirildi

Bu günlərdə ölkənin digər ali məktəblərində olduğu kimi, GDU-da yay imtahan sessiyası keçirilməkdədir. Onu da vurğulayaq ki, bir neçə gün öncə universitetdə keçirilən imtahanların nəticələri qənaətbəxş olmadığından, dünən universitet rəhbərliyi humanistlik nümayiş etdirərək, bu ali təhsil ocağının bütün korpuslarında tələbələri təkrar imtahana cəlb etmişlər və bağlı qapılar arxasında onlara veriləcək sualları cavabları ilə birlikdə verirlər. Təkrar imtahana cəlb olunan tələbələrin işləri isə, yalnız imtahan listlərini öz dəsti-xəttləri ilə köçürməkdən ibarət olur. Bundan əlavə, bütün addımlar əvvəlcədən dekanla razılaşdırılır və hazır cavablar sonra tələbələrə verilir. Bu cür "humanist” addımlar, əsas etibarilə fizika, xarici dillər və tarix fakultəsində həyata keçirilir. Universitet rəhbərliyinin atdığı humanist addımlardan biri də, məcburi köçkünlərə göstərilən diqqətin varlığı olur. Sonuncu kurslarda oxuyan məcburi köçkün övladları olan tələbələrə diplom müdafiəsi və buraxılış imtahanlarında edilən güzəşt olunur. Yəni, müəyyən edilmiş məzənnə 50% və ya 200 manata qədər endirim, yalnız universitetin kimya biologiya fakultəsində həyata keçirilir. Problemlərin varlığını diqqətdə saxlayacağıq.

Gundeminfo.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook