SON XƏBƏR

G 20 sammiti Almaniyaya 12 milyon avro ziyana başa gəldi

İyul 18
16:23 2017
Almaniya Sığortaçılar İttifaqı G 20 sammiti zamanı Hamburqda baş vermiş iğtişaş və etiraz aksiyaları zamanı vurulan ziyanın məbləğini açıqlayıb. Trend-in məlumatına görə, İttifaqın açıqladığı hesabatda sammit ərəfəsi və həmin gün Almaniyaya 12 milyon avro dəyərində ziyan dəydiyi qeyd olunub.
 
Məlumatda bunun dəyən ziyanın ilkin qiymətləndirməsi olduğu da vurğulanıb. Hesabatda bildirilir ki, ziyan əsasən avtomobillərə, yaşayış və inzibati binalara vurulub.
 
Qeyd edək ki, iyulun 7-8-də Hamburqda keçirilən G 20 sammiti əhali tərəfindən kəskin etirazlarla qarşılanmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook