SON XƏBƏR

Füzulidə tikilən aeroportun ərazisində minalardan təmizlənmə işləri başa çatdı - VİDEO

Fevral 15
13:46 2021
İllərdir davam edən qeyri-sabitlik və münaqişə nəticəsində Dağlıq Qarabağ regionu müharibənin qalıqları olan partlayıcılarla həddən çox çirklənib. Ərazidə hər hansı mülki mühəndislik əməliyyatlarından əvvəl buranın BMT tərəfindən təsdiqlənmiş humanitar minatəmizləmə şirkətinin xidmətləri əsasında təmizlənməsi tələb olunurdu.

APA-nın xəbərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda minatəmizləmə fəaliyyəti ilə məşğul olan Şotlandiyanın "Aardvark Group” şirkətinin açıqlamasında əksini tapıb.

Bildirilib ki, bu mürəkkəb problemin həllində istifadə olunacaq ən uyğun avadanlıqların seçilməsi üçün çirklənmənin miqyası və təbiəti ilə bağlı ətraflı araşdırma və qiymətləndirmə aparılıb.

"40 illik təcrübəsi olan "Aardvark Group” şirkəti Bosniya müharibəsindən sonra Sarayevo hava limanının minalardan təmizlənməsində iştirak edib. Logistik problemlərə və xüsusilə də COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, "Aardvark Group” komandası Azərbaycanla razılaşdırılmış 14 gün müddətinə işlərini tamamlayıb. Bu möhtəşəm müvəffəqiyyətə Britaniyanın Müdafiə və Təhlükəsizlik İxracatı qrupu, Beynəlxalq Ticarət Departamentinin İxracata Nəzarət Birliyi Vahidi, Britaniyanın Almaniya və Azərbaycandakı diplomatik nümayəndəlikləri və Britaniya hökumətinin humanitar səylərini qəbul edən Azərbaycan hökumətinin dəstəyi olmadan nail olmaq mümkün olmazdı”, - deyə açıqlamada qeyd olunub.

Şirkətin fəaliyyətini dəyərləndirən Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp mina və digər partlayıcılar nəticəsində artan ölüm və yaralı sayını faciəvi adlandırıb.

"Aadvark Group”un nümayəndəsi Devid Klark qeyd edib ki, minalardan təmizlənmə layihəsi Füzuli Beynəlxalq Hava Limanının etibarlı tikintisini və ərazinin transformasiyasına başlanğıcı təhlükəsiz şəkildə təmin edəcək: "Azərbaycan hökumətinin planı qarşıdakı iki il ərzində bölgə iqtisadiyyatını dirçəltmək və ən əsası cəmiyyət üçün çox lazımlı bir stimul olan daxili və xarici uçuşları təmin etməkdir”.

Qeyd edək ki, "Aadvark Group” şirkəti əraziyə texniki təchizatla bərabər təlimatçı da göndərib. Bu təlimatçı minatəmizləmə fəaliyyəti ilə məşğul olan yerli heyətə təlim keçib.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook