SON XƏBƏR

Futbol üzrə dünya klub çempionatı iştirakçılarının sayı 24-ə çatdırıla bilər

Noyabr 30
07:18 2017
FİFA klublararası dünya çempionatında islahat aparmağı planlaşdırır. Yeniliyə görə, onu beynəlxalq turnirlər təqvimində Konfederasiyalar Kuboku əvəz edəcək və bu, dörd ildən bir keçiriləcək.
 
"Report” xəbər verir ki, bu barədə ispan nəşri "Marca" yazıb. Ehtimal olunur ki, klublararası ilk Dünya çempionatı yeni formatda 2021-ci ilin yayında Çində keçiriləcək.
 
Çempionatda 24 klub, o cümlədən 12 Avropa, 5 Cənubi Amerika, hər birindən 2 komanda olmaqla Afrika, Asiya və Şimali Amerika kollektivi, həmçinin 1 Okeaniya təmsilçisi iştirak edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook