Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb - RƏSMİ
Aprel 18
13:42
2019
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Sənay Qəhrəmanlıya qarşı xuliqanlıq hərəkətləri edən şəxsin Bakı şəhər sakini Tural Qarayev olması müəyyən edilib və o, polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum olması ilə məlumat yayılıb.
Qlobal.az