SON XƏBƏR

"Fuad Poladovun teardan getməsi..." - Fəxrəddin Manafovdan kəskin reaksiya

Oktyabr 29
08:32 2016
Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib.
 
Aktyor açıqlamasında baş verənlərin ona pis təsir etdiyini dilə gətirib:
 
"Bu, mənə çox pis təsir etdi. Onu bilirəm ki, teatrda xoşgələməz hadisələr baş verir. Baxmayaraq ki, teatrda rəhbərliklər dəyişilir, amma problem həll edilmir. Biri gəlir, o biri gedir. Yenə deyirəm, bilmirəm nə baş verir, bilmirəm nəyə görə gənc aktyor ordan çıxıb, yoxsa çıxarılıb. Mən, sadəcə, mediadan eşitdiklərimi, gördüklərimi bilirəm. Deməli, orda nəsə baş verir ki, Azərbaycan teatrında yeganə professional, bunu qorxmadan və tam məsuliyyətimlə deyirəm, dünya səviyyəsində peşəkar olan bir aktyor, teatra o qədər töhfələr vermiş belə bir insan teatrdan gedir. Demək ki, o məcburiyyət qarşısında olub.
 
Təsəvvür edə bilməzsiniz ki, Fuad necə gözəl insandır. Onun qədər öz peşəsinə sadiq, öz peşəsinə dəlicəsinə sevgisi, münasibəti bugünkü aktyorların heç birində görməmişəm. O baxımdan düşünürəm ki, əgər belə bir insan, belə bir böyük aktyor, mənim özümə örnək hesab etdiyim bir adam teatrdan gedirsə, deməli, orda nəsə baş verir. Və baş verən məhz aktyorun özündə deyil. Əgər onu tanımasaydım bunu deməzdim. O nəyinsə məcburiyyəti qarşısında bu addımı atıb. Orda nəyin baş verdiyini isə araşdırmaq lazımdır. Yəqin bu Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsi tərəfindən öyrənilməli, araşdırılmalıdır. Fuad Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram Teatrına böyük zərbədir. Əgər o, gedirsə, bu teatda kim qalacaq? Bu məsələnin bir tərəfidir.
 
O biri tərəfdən mənə elə gəlir ki, Fuad müəllim hər halda tamaşaçıları intizarda qoymaz, tamaşaçıların Fuad müəllimə böyük ehtiyacı var. Ümidvaram ki, Fuad müəllim bunları da nəzərə alacaq.
 
Ona ancaq səbr, səbr və səbr arzulayıram. Mən onu çox istəyirəm. İnşallah, hər şey yoluna qoyulacaq”.
 
Teleqraf.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook