SON XƏBƏR

FTX ilə əməkdaşlıqdan imtinaya görə “Telegram” cərimələnib

Oktyabr 16
14:40 2017
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) yazışmaların deşifrə edilməsi üçün "açarları” verməkdən imtina etdiyinə görə "Telegram” messenceri 800 min rubl cərimələnib.
 
Viurtualaz.org "Mash” telegram-kanalına istinadən xəbər verir ki, bu barədə qərarı bu gün Moskvanın rayon məhkəmələrindən biri verib.
 
Xatırladaq ki, "Telegram”ın yaradıcısı Pavel Durovdur və o, messencerdəki yazışmaların tam təhlükəsiz olduğunu iddia edir. P.Durov Rusiyada ən məşhur sosial şəbəkə hesab edilən "VKontakte”nin qurucusu və müəllifidir. Sonradan VK onun əlindən alınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook