SON XƏBƏR

Fridmandan xəbərdarlıq: “Türküstan tələdədir”

Aprel 26
11:06 2017
Mərkəzi Asiya Rusiya və Çin kimi güclərin arasında tələdədir.
 
Axar.az xəbər verir ki, bu sözlər amerikalı politoloq Corc Fridmanın "Mauldin Ekonomiks” saytında dərc edilən məqaləsində yer alıb. O, regionun müharibə təhlükəsilə üz-üzə qaldığını bildirib:
 
"Mərkəzi Asiya dağılır. Xarici qüvvələr Mərkəzi Asiyada öz təsirlərini artırırlar. Mərkəzi Asiyada sərhədlər təbii xarakter daşımır. Onlar etnik və ya milli fərqləri göstərmirlər. Məsələn, Qazaxıstan əhalisinin 23%-i etnik rusdur. Etnik özbəklər isə Qırğızıstan əhalisinin 14%-ni, Tacikistanın isə 13%-ni təşkil edir. Mərkəzi Asiya böyük etnik və regional stresin olduğu regiondur. Sərhədlər hazırkı dövlətlərin vahidliyini risk altına alır. Bölgə üçün başlıca stress su kimi az olan resurslar uğrunda mübarizədir. Regionun iki çaya - Sırdərya və Amudəryaya ehtiyacı var. Məhdud resurslar, əhalinin artımı və elektrik enerjisi ilə suyun barteri etnik və sərhəd gərginliklərini artıra bilər. Bu, xüsusilə, əhalisi sıx olan Fərqanə vadisində yaşana bilər. O, Özbəkistan, Tacikistan və Qırğızıstan arasında yerləşir.
 
Regionun Əfqanıstana yaxın olması xaos riskini artırır. Bu, Mərkəzi Asiya üçün böyük təhdiddir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook