SON XƏBƏR

Fransız rəy sorğularına görə cənab Emmanuel Makron 26 faizlə liderdir

Aprel 03
14:56 2017
"The Telegraph" yazır ki, Fransanın seçki gözətçisi olan qurumu seçki prosesinə Rusiyanın saxta xəbərlər və dezinformasiya vasitəsilə müdaxiləsinə dair xəbərdarlıq edib.
 
Rusiyanın Sputnik xəbər agentliyi, guya prezidentliyə qalmaqallı namizəd François Fillon-un rəy sorğularına görə lider olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb.
 
Fransa Seçki Komissiyası Sputnikin fransızdilli bölümünü Moskvada mənzillənmiş "sosial mediada rəy sorğusu mərkəzi" Brand Analytics-in sorğu nəticələrini yaymaqda ittiham edib. Bu rəy sorğusuna görə guya "rusiyapərəst Fillon" populyarlıqda birincidir.
 

 
Əslində isə hakimiyyətin sərt nəzarətində olan fransız rəy sorğularına görə cənab Emmanuel Macron 26 faizlə liderdir, ikinci yeri ondan bir xal geridə qalan millətçi Le Pen tutur və Moskvanın üzərindən sanksiyaların qaldırılmasına tərəfdar olan Fillon isə yalnız 3-cü pillədədir və onun cəmi 19 faizi var.
 
Əgər Fillon-un bu nəticələri seçkiyə qədər dəyişməsə, o, gələn ay keçiriləcək prezident seçkisinin ikinci turuna keçə bilməyəcək.
 
Fransa Seçki Komissiyasının bəyanatında deyilir ki, Moskva bu cür yanlış məlumatlarla Fransa ictimaiyətini çaşdırmağa cəhd göstərir.
 
Sputnik fevralın ortalarında keçirdiyi rəy sorğusunda da Fillon-u lider eləmişdi, halbuki o elə həmin vaxt da üçüncü idi.
 
Mərkəzçi namizəd Emmanuel Macron bəyan edib ki, Rusiya mediası onu saxta xəbərlərlə hədəfləyib.
 
Cənab Macron Avropa İttifaqının Ukraynaya görə Rusiya üzərinə qoyduğu sanksiyaları dəstəkləyir. Əvəzində Moskvanın rəğbət bəslədiyi Fillon isə bildirir ki, sanksiyalar səmərəli deyil və "Soyuq müharibə" effekti yaradır.
 
Bundan əvvəl Rusiyanın Fransa seçki kampaniyasına kobud müdaxiləsi barədə ittihamları Fransa hökuməti və xüsusi xidmətləri də səsləndirmişdilər.
 
Kreml bu iddiaları və ittihamları rədd edir.
 
Ötən ay Fransanın ifrat sağçı lideri və cənab Putinin pərəstişkarı Le Pen Rusiya lideri tərəfindən Kremldə qəbul olunub.
 
Bu onun 2011-ci ildən bəri Moskvaya dördüncü səfəridir.
 
Onun partiyası Moskvada mənzillənmiş bankdan 9 milyon avro kredit alıb.
 
Fransanın təhqiqat jurnalistikası orqanı, həftəlik Le Canard Enchaîné qəzeti xəbər verib ki, ABŞ Konqresində seçmə Kəşfiyyat Komitəsinin respublikaçı rəhbəri Mike Turner Federal Təhqiqatlar Bürosunu xanım Le Pen-in Moskva ilə əlaqələrinin araşdırılmasına çağırıb (BBC).
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook