SON XƏBƏR

Fransalı yazıçı: Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir

Yanvar 19
22:17 2017
"Bu gün Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir, insanlar ölkəni tərk edir və oradakı xalq hazırkı rejimə qarşı çıxır”.
 
Trend-in məlumatına görə, bunu Fransa yazıçısı Jerar Kardon Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə deyib.
 
Fransalı yazıçı bu gün Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
 
J.Kardon həmçinin Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Yazıçı qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra dünya ölkələrində həyata keçirilib: "Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq”.
 
Fransız yazıçısı Jerar Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı Xocalı faciəsi haqqında da kitab yazacağını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook