SON XƏBƏR

Fransalı senator: Ermənistana sanksiyalar tətbiq etmək lazımdır

Avqust 09
15:22 2017
Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmək və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək lazımdır.

Bunu Trend-ə fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib.
 
O qeyd edib ki, dinc sakinlər arasında ölüm halları bir çox münaqişələr zamanı hər gün qeydə alınır:
 
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir. Bu, artıq dözülməzdir. Sülh prosesini başlamaq və atəşkəs rejiminin saxlanması üçün beynəlxalq qüvvələri cəlb etmək lazımdır. Dünya ictimaiyyəti bu məsələdə ciddi iradə nümayiş etdirməlidir. Bizə Cənubi Qafqazda növbəti müharibə lazım deyil”.
Bir çox beynəlxalq təşkilatın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını tanıdığını xatırladan N.Qule deyib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ABŞ prezidenti Donald Tramp işğalın qurbanı olan Azərbaycanın tərəfində olmalıdır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook